Vakansiya haqqında
“Türk Dünyası Atatürk Liseyi” “Psixoloq” vakansiyası elan edir. Vəzifə öhdəlikləri:Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.Vəzifəyə olan tələblər:Tələb olunan sahədə ən az 1-3 il müddətində pedaqoji təcrübə;Vəzifə haqqında məlumat:İş günləri: 1-5 günlərƏmək haqqı: razılaşma yolu ilə.Maraqlanan və uyğun namizədlərin CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Psikoloq” qeyd etməklə yönləndirmələri xahiş olunur.Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır. Əlaqə:(+994)12 310-39-22
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
