Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Protokol üzrə mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvir· Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin təşkil edilməsini, rəhbərlik tərəfindən keçirilən müşavirələrdə, iclaslarda, tədbirlərdə, görüşlərdə və rəsmi qəbullarda texniki və təşkilatı işlərin həyata keçirilməsini;· Ümumi qəbul olunmuş protokol qaydalarına, beynəlxalq təcrübəyə və milli adət ənənələrə və əsaslanan protokol xidmətinin həyata keçirilməsini;· Qonaqların qarşılanmasını, müşayiət edilməsini, yola salınmasını;· Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə ümumi qəbul olunmuş protokol qaydalarına əsasən masada protokol xidmətinin icrasını;· Cəmiyyət rəhbərliyinin iştirak etməsi nəzərdə tutulmuş tədbirlərə və səfərlərə hazırlıq işlərinin aparılması və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətinin icra edilməsini və bununla bağlı digər işlərin həyata keçirilməsini;· Dəvət olunan qonaqların zərurəti yarandıqda səfərlərinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini;· Cəmiyyətin strukturları tərəfindən protokol qaydalarının həyata keçirilməsində əlaqələndirmə və bu sahədə onlara lazımi yardımın göstərilməsi;· Sənədlərin imzalanması mərasimləri zamanı assistentlik və digər protokol xidmətlərinin icra edilməsini;· Daxil olmuş təbrik və rəsmi görüşlərə dəvət məktublarının cavablandırılmasını;· Gələn qonaqlar tərəfindən Cəmiyyət rəhbərliyinə təqdim olunan xatirə və protokol hədiyyələrinin qeydiyyatının aparılmasını və lazımi qaydada saxlanılmasını;· Xarici qonaqlara təqdim etmək məqsədilə Azərbaycan tarixini, mədəniyyətini, musiqisini və Qarabağ probleminin həqiqətlərini özündə əks etdirən hədiyyələrin hazırlanmasını;· Dövlət bayramları və mərasimlər zamanı Cəmiyyət rəhbərliyinin başçılığı ilə Cəmiyyət əməkdaşlarının Şəhidlər Xiyabanına və Fəxri Xiyabana ziyarətini təşkil edilməsini;TələblərBilməlidir:· Vəzifə təlimatını və beynəlxalq təcrübəyə, milli adət ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarını;· İşgüzar etiket standartlarını və qaydalarını;· Təşkilatı inzibati sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını;· İşində tələb olunan kompüter proqramlarını;· Ofis avadanlığından istifadə qaydalarını;Tələblər:· Ali təhsil (bakalavr səviyyəsində);· Beynəlxalq münasibətlər, Protokol, tədbirlərin təşkili sahələri üzrə ən azı 2 illik iş təcrübəsi;· Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilmək;· Yüksək səviyyədə Azərbaycan dili biliyi;· Xarici dillərin biliyi (İngilis və Rus);· Bəy namizədlərə üstünlük verilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.