Vakansiya haqqında
Təsvir· Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;· Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;· Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;· Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;· Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;· Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;· Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;· Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;· Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;· Analoji işlərin təşkili üçün regionlara ezam olunması.Tələblər· Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;· Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;· İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;· Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);· Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;· Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
