Vakansiya haqqında
TəsvirGecikmiş kredit portfeli üzrə məlumatların gündəlik toplanmasında və yenilənməsində iştirak etmək;Borcalanlarla telefon zəngləri və digər kommunikasiya vasitələri ilə ilkin əlaqənin qurulmasında dəstək göstərmək;Kredit borclarının qaytarılması prosesində aparılan danışıqlarda mütəxəssislərə assistentlik etmək;Təkrar gecikmə halları üzrə müştəri məlumatlarının toplanması və ilkin sənədlərin hazırlanmasına dəstək vermək;Riskli müştərilərlə bağlı məlumatların təhlili üçün hesabatların hazırlanmasında iştirak etmək;Gündəlik, həftəlik və aylıq təqib hesabatlarının hazırlanmasına dəstək olmaq;Təqib prosesləri ilə bağlı daxili prosedurların öyrənilməsi və komanda daxilində əməkdaşlıq etmək;Etibarnamələrin hazırlanması, müvafiq sistemdə yerləşdirilməsi və qeydiyyatının aparılması.Tələblər• Ali təhsilin son kurs tələbəsi və ya yeni məzun (İqtisadiyyat, Maliyyə, Menecment, Hüquq və oxşar ixtisaslar üzrə);• Bank və ya maliyyə sektorunda təcrübə qazanmaq istəyi;• Ünsiyyət bacarıqları və müştərilərlə işləməyə maraq;• Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik;• MS Excel və digər ofis proqramları üzrə ilkin biliklər;• Stressə davamlılıq və komandada işləmə bacarığı;• Azərbaycan dilində səlis danışıq bacarığı. Təcrübə müddəti və imkanlar:• Təcrübə müddəti: 3 ay• Peşəkar mentor dəstəyi və real iş prosesində iştirak imkanı;• Təcrübə müddətinin sonunda performansa əsasən işə qəbul imkanı;• Kredit sahəsində praktiki biliklərin əldə edilməsi;• Karyera inkişafı üçün geniş perspektivlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
