Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Problemli kreditlər üzrə mütəxəssis (Gəncə, Tovuz, Şəmkir, Göygöl, Samux şəhərləri üzrə)

SamuxMənbə: Work.az

Vakansiya haqqında

BOKT AzKredit ASC Problemli kreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.İşin təsviriİş yeri: Gəncə şəhərində (Gəncə nümayəndəliyində) olacaq. Əsas vəzifə və öhdəlikləri:Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;Borcların yığılması istiqamətində Təşkilatın tələbkar olduğu işlər üzrə aidiyyatı İcra şöbələrinə mütəmadi səfərlər etməklə həmin işlərlə yaxından tanış olmaq.Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:Ali təhsil,Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;Kompüterdə (Outlook, MS Word, Excel) sərbəst işləmək;Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;Təşkilatın missiyasına sadiqlik.Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət Et düyməsindəki e-mail vasitəsilə təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində “Problemli kreditlər üzrə mütəxəssis” göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.