Vakansiya haqqında
Namizədə olan tələblər:Ali təhsil;Bank sahəsində ən azı 2 il təcrübə;MS Office proqramlarında mükəmməl istifadə bacarığı;Komandada işləmə bacarığı;Yüksək gərginlikdə işləmə bacarığı. Vəzifə öhdəlikləri:Problemli kreditlərin (lizinqlərin) təftişini aparır, onun yaranma səbəbləri barədə təhlillər aparır, bununla bağlı hesabatlar hazırlayır, yığılması yolları və üsulları barədə təkliflər verir;Borclunun və ya onun səlahiyyətli nümayəndələri borcun ödənilməsi məsələləri üzrə danışıqların aparılmasını birbaşa icra edir;Borcluya yazılı bildirişlərin, tələblərin və digər məktubların göndərilməsini təşkil edir;Kredit (lizinq) üçün götürülmüş əmlakı monitorinq edir və ehtiyac olduğu halda onun müvafiq qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilməsini təşkil edir;Kredit(Lizinq) portfelinin bütövlükdə keyfiyyətinə nəzarət edir. Kredit(Lizinq) işçiləri ilə birlikdə problem yaranan və ya keçirilməsi şübhəli bilinən kreditlər(lizinqlər) üzrə təkrar monitorinq keçirir;Problemli kreditlərin(lizinqlərin) müvafiq sənədlərini hazırlayıb hüquq şöbəsinə təqdim edir;Problemli kreditlərin(lizinqlərin) idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarını icra edir.İş şərtlərimiz:İş qrafiki : Həftə içi 5 gün;İş saatları: 08:30-17:30;Əmək haqqı: 1000 AZN;İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Problemli kreditlər üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
