Vakansiya haqqında
📍Kseroks.Az (mətbəə, promo, reklam)Əsas öhdəliklər:Vizit kart, kataloq, buklet, broşür, flayer, banner, roll-up, stend, plakat, qutu və digər poliqrafiya məhsullarının yüksək keyfiyyətli dizayn işlərinin hazırlanması;Dizaynların çap standartlarına uyğun texniki cəhətdən (rəng sistemi, bleed və margin ölçüləri, kəsim xəttləri, fayl keyfiyyəti) düzgün hazırlanması; Müştəri tələblərinə uyğun fərdi və kreativ dizayn konseptlərinin işlənməsi;Brendin korporativ üslubuna və vizual identikliyinə uyğun dizayn materiallarının hazırlanması;Kreativ və innovativ dizayn həllərinin hazırlanması, yeni ideyaların təqdim edilməsi;Müştəri ilə dizayn prosesi boyu operativ ünsiyyətin qurulması və eskizlərin təqdim olunması;Reklam, sosial media və rəqəmsal platformalar üçün vizual materialların hazırlanması;Mövcud dizaynların müasir trendlərə uyğun yenilənməsi və təkmilləşdirilməsi;Çap prosesində texniki tələblərə və keyfiyyət standartlarına (material seçimi, kağız növləri, laklama və laminasiya, xüsusi effektlər (UV, emboss və s.) uyğunluğun təmin edilməsi. Kvalifikasiya tələbləri:Poliqrafiya və dizayn sahəsində minimum 2 il iş təcrübəsi;Yaş həddi: 21–40;Rus və İngilis dillərini bilmək üstünlükdür.Tələb olunan bilik və bacarıqlar:Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;Çap üçün fayl hazırlama qaydaları və rəng profilləri (CMYK, Pantone) barədə biliklər;Roland avadanlığından, Konica lazer avadanlığından və UV-çap texnologiyasından, Poni cildləmə, forex yapışdırma texnologiyalarından istifadə bacarığıKreativ düşüncə və estetik zövq;Operativlik və detallara diqqət;Komandada işləmək və effektiv ünsiyyət bacarığı.Təklif edirik:Əmək haqqı: 700 – 1000 AZN;Bonus sistemi: Layihə üzrə əlavə ödənişlər;Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul;İş qrafiki: Həftədə 6 gün;Stabil iş mühiti və inkişaf imkanı.Tələblərə cavab verən namizədlər öz CV-lərini və portfolio nümunələrini “Poliqrafiya üzrə dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
