Vakansiya haqqında
Təsvir Ferroərintilərin mövcudluğu və onların keyfiyyət tərkibi haqqında məlumatlı olması;Elektrodların bağlanması üçün onların altlıqdan çıxarılıb hazırlanmasını yerinə yetirmək;Elektrodların dəyişdirilməsi və ya bağlanması əməliyyatını yerinə yetirmək;Əritmə prosesi zamanı bütün texnoloji əməliyyatları poladəridənlər briqadası ilə birgə yerinə yetirmək;Elektrik sobasında, soba çalovunda və vakuum qazsızlaşdırma qurğusunda maye metalın temperaturunu ölçmək və maye metaldan nümunə götürmək;Polad buraxıcı dəliyin bağlanması və açılması əməliyyatını yerinə yetirmək;Sobanın təmirində iştirak etmək;İşlədiyi avadanlıqların düzgün işlədilməsini təmin etmək və onları təmiz saxlamaq;Bütün lazımi ferroərintiləri əritməyə vaxtında hazırlamaq;Üzləyici maşınların iş prinsipini bilmək və onlarla işləməyi bacarmaq;Şixtə və üzləyici materialların, oksigensizləşdiricilərin, ferroərintilərin və odadavamlı materialların fiziki-kimyəvi xüsusiyyətlərini, tərkibini və təyinatını bilmək;Ferroərintilərin, şixtə materialların və posaəmələgətiricilərin markasını və keyfiyyətini onların xarici görünüşünə görə təyin etməyi bacarmaq;Təbii qazın və oksigenin tərkibini, xassələrini və onlardan istifadə qaydalarını bilmək.TələblərOrta texniki və ya peşə-ixtisas təhsili (metallurgiya, energetika, maşınqayırma və ya kimya sənayesi üzrə);Ali texniki təhsil (arzuolunandır).İstehsalatda təcrübəsi olması üstünlükdür.Yüksək diqqət və məsuliyyətlilik;Komanda ilə işləmə bacarığı;Fiziki dözümlülük və texniki təfəkkür;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
