Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

ReevaCo

Video Editor & Motion Designer

BakıMənbə: Work.az

Vakansiya haqqında

Vakansiya çərçivəsində namizəd şirkətimiz tərəfindən təqdim olunan video materialların montajı, VFX effektlərin hazırlanması, animasiya və motion videoların yaradılması, həmçinin süni intellekt alətləri ilə kontent istehsalı ilə məşğul olacaq. Bu rol yalnız texniki icra deyil, eyni zamanda kreativ yanaşma və nəticəyönümlü düşüncə tələb edir. Məqsəd sadəcə video hazırlamaq deyil, izləyicini cəlb edən və satışa təsir edən kontent yaratmaqdır. Seçilmiş namizədlər ilkin mərhələdə 1 ay sınaq müddəti ilə onlayn formatda fəaliyyət göstərəcək. Bu müddət ərzində namizədin sürəti, məsuliyyəti və iş keyfiyyəti qiymətləndiriləcək. Sınaq mərhələsini uğurla keçən şəxslər Bakı şəhəri, Ağ Şəhər ərazisində yerləşən ofisimizdə tam ştat əsasında işə dəvət olunacaqlar. Namizədlərin seçimində diplomdan daha çox real bacarıqlar və nəticələr əsas götürülür. Bu səbəbdən portfolio mütləqdir və təqdim olunan işlər keyfiyyət baxımından qiymətləndiriləcək. Uyğun namizədlərdən CV və portfolio-larını WhatsApp vasitəsilə təqdim etmələri xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.