Vakansiya haqqında
📍Qarabağ Universitetinin KlinikasıTəsvirVəzifə Öhdəlikləri: Müxtəlif yaş qruplarından olan uşaqların profilaktik və planlı müayinələrinin aparılması;Xəstəliklərin vaxtında diaqnostikası və düzgün müalicə taktikasının seçilməsi;Xroniki xəstəliklərə nəzarət və fərdi müalicə planlarının hazırlanması;Valideynlərə uşaqların qidalanması, peyvəndlənməsi, sağlam inkişafı və gigiyenası barədə maarifləndirici məsləhətlərin verilməsi;Zəruri hallarda müasir laborator və instrumental müayinə üsullarının təyin olunması və nəticələrin şərhi;Pasiyentlərin tibbi sənədləşməsinin aparılması və elektron sistemlərdə qeydiyyat;Multidissiplinar komanda ilə əməkdaşlıq edərək müalicə prosesinin koordinasiyası;Klinikanın elmi və praktiki fəaliyyətində iştirak, konfrans, seminar və digər peşəkar tədbirlərdə klinikanı təmsil etmək.TələblərTələblər Ali tibbi təhsil (pediatriya ixtisası üzrə);Minimum 3-5 il iş təcrübəsi;Xaricdə təhsil almış mütəxəssislərə üstünlük verilir;Scopus və Web of Science bazalarında elmi məqalələri olan namizədlərə üstünlük verilir;Pasiyentlərlə yüksək ünsiyyət bacarığı, empatiya və peşəkar məsuliyyətlili.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
