Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vakansiyalar

Paketləyici (part-time)

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍"Kitchen Plus" restoranı İş barədə məlumatAğ Şəhərdə yerləşən restoranımızın catering və qida xidməti istiqaməti üzrə komandasına məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan paketləyici axtarırıq.Vəzifə öhdəlikləri:Hazırlanmış yeməklərin və qida məhsullarının müəyyən edilmiş standartlara uyğun qablaşdırılmasını təmin etmək;Yeməkləri sifarişlərə uyğun olaraq qablara yerləşdirmək, paketləmək və çatdırılmaya hazır vəziyyətə gətirmək;Sifarişlərin komplektliyini, sayını və düzgünlüyünü yoxlamaq;Qablaşdırma zamanı məhsulların görünüşünün və keyfiyyətinin qorunmasına diqqət yetirmək;Qablaşdırılmış sifarişlərin müvafiq qaydada çeşidlənməsini və təhvilə hazırlanmasını təmin etmək;Qida təhlükəsizliyi, şəxsi gigiyena və sanitariya qaydalarına riayət etmək;İş sahəsində təmizliyi, səliqəni və nizam-intizamı qorumaq;Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.Tələblərİş təcrübəsi : 1 ildən aşağıYaş : 19 - 35- Məsuliyyətli, diqqətli və çevik olmaq;- Operativ işləmək və sifarişləri vaxtında hazırlamaq bacarığı;- Komanda ilə işləmək bacarığı;- Gigiyena və təmizlik qaydalarına riayət etmək;- Oxşar sahədə iş təcrübəsinin olması arzuolunandır, lakin mütləq deyil.İş qrafiki: İş saatı 09:00-13:00Bazar günü istirahətƏməkhaqqı: 300Uyğun namizədlər özləri haqqında məlumatı whatsapp və ya mail adresinə göndərə bilər. Zəng etməməyiniz xahiş olunur. İş saatları daxilində uyğun namizədlərə geri dönüş ediləcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.