Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Operator (Azvul Zavodu)

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvirİstehsalat xəttindəki avadanlıqların fasiləsiz, nizamlı və təhlükəsiz işləməsini təmin etmək;Müəyyən olunmuş texnoloji rejimə uyğun olaraq avadanlıqların iş parametrlərini nəzarətdə saxlamaq və idarəetmə panelindən tənzimləmək;İstehsalat prosesinə daxil olan xammal və materialların xəttə düzgün və normaya uyğun ötürülməsini izləmək;Hazır məhsulun keyfiyyət standartlarına və tələb olunan ölçülərə uyğunluğunu vizual və ya müvafiq alətlərlə yoxlamaq;Nasazlıqların Bildirilməsi: Avadanlıqlarda yaranan texniki nasazlıqları vaxtında aşkar etmək, növbə rəisinə və texniki heyətə dərhal məlumat vermək;İş yerini təmiz saxlamaq, növbəni təhvil alarkən və təhvil verərkən avadanlıqların vəziyyəti barədə müvafiq qeydlər aparmaq;Müəssisədaxili intizam, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, eləcə də fərdi mühafizə vasitələrindən istifadəyə ciddi əməl etmək.TələblərTəhsil: Orta və ya orta-ixtisas təhsili;Yaş həddi: 18-50;İş təcrübəsi: Müxtəlif sənaye və ya istehsalat sahələrində operator olaraq ən azı 1 il iş təcrübəsi;İstehsalat konveyerlərinin, ötürücü lentlərin, reduktorların, hidravlik və pnevmatik sistemlərin əsas iş prinsiplərini bilmək;Müasir istehsalat xətlərində tətbiq olunan avtomatlaşdırılmış idarəetmə panelləri (PLC / SCADA sistemləri), sensorlar və kontrollerlərlə işləmək, monitor üzərindəki qrafikləri və rəqəmsal göstəriciləri (temperatur, təzyiq, sürət) oxumaq və düzgün şərh etmək bacarığı;İstehsal rejimini və məhsul parametrini yoxlamaq üçün lazım olan mexaniki və elektron ölçü cihazlarından (ştangensirkul, mikrometr, termometr, manometr və s.) sərbəst istifadə etmək;İstehsalat təlimatlarını, texnoloji xəritələri, avadanlığın istismar qaydalarını oxumaq və prosesi bu sənədlərə tam uyğun idarə etmək;İstehsalat zamanı cihazların səsindən, vibrasiyasından və ya panel göstəricilərindən normadan kənaraçıxmaları (anomaliyaları) və potensial nasazlıqları dərhal hiss edib, ilkin diaqnostika apara bilmək bacarığı. Şəxsi keyfiyyətlər:Monoton iş mühitində uzun müddət diqqətli olmaq və qüsurları vaxtında görmək bacarığı;Avadanlıqlara və məhsulun keyfiyyətinə qarşı məsuliyyət, istehsalat qaydalarına ciddi riayət;Qəza və ya qəfil dayanma zamanı soyuqqanlı olmaq və operativ qərar vermək bacarığı;Texniki heyətlə sıx ünsiyyət və növbənin jurnal vasitəsilə dəqiq təhvil-təslimi;Əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına və fərdi mühafizə vasitələrinə qəti əməl olunması. İş şəraiti:İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).İş qrafiki: 6 gün;Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilirƏmək haqqı: Razılaşma yolu ilə.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.