Vakansiya haqqında
📍ALCO MMCBidon İstehsalı Sexində Operatorİş şəraiti:İş yeri: Sumqayıt Sənaye Parkı (SSP)İş rejimi: Növbəli (gündüz/gecə)Əmək haqqı: 1100 Azn (Gross) (növbəli rejim olduğu üçün net əmək haqqı növbələr üzrə əmək haqqı çox olur)Vəzifənin təsviri:Bidon istehsalı sexində operator istehsal xəttinin fasiləsiz və təhlükəsiz işləməsini təmin edir, avadanlıqların düzgün istismarına nəzarət edir və istehsal olunan məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlayır. Əsas vəzifə öhdəlikləri:Şişirtmə (blow molding) və ya digər istehsal avadanlıqlarının işə salınması və idarə edilməsiAvadanlıqların temperatur, təzyiq və digər texniki parametrlərinin nəzarətdə saxlanılmasıXammalın (polimer və s.) düzgün və normaya uyğun istifadəsinin təmin olunmasıİstehsal olunan bidonların ölçü, forma və keyfiyyət göstəricilərinin yoxlanılmasıQüsurlu məhsulların çeşidlənməsi və səbəblərinin müəyyənləşdirilməsiPlan üzrə istehsal həcminin yerinə yetirilməsinin təmin edilməsiAvadanlıqlarda baş verən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat verilməsiAvadanlıqdakı nasazlığın aradan qaldırılması və avadanlığın saz vəziyyətində saxlanılmasıİş yerində təmizlik və nizam-intizamın qorunmasıTexniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi əməl olunmasıTələblər:Orta və ya orta ixtisas təhsili (texniki sahə üstünlükdür)İstehsalat müəssisəsində minimum 1 il iş təcrübəsi (plastik və ya bidon istehsalı sahəsində təcrübə üstünlükdür)Mexaniki və texnoloji avadanlıqlarla işləmə bacarığıTexniki göstəriciləri anlama və nəzarət etmə bacarığıNövbəli iş rejimində işləmək imkanıMəsuliyyətli, diqqətli və operativ olmaqFiziki cəhətdən sağlam və kollektivlə işləmə bacarığıMüraciət qaydası:Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Bidon sexi operatoru”qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mailə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
