Vakansiya haqqında
Şirkət: GFCNamizədə aid tələblər:Ali və ya orta ixtisas təhsili;Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;Səliqəli geyim tərzi, nəzakətli və gülərüz;Dəqiq, punktual,nizam-intizamlı və məsuliyyətli olmaq;Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;Planlaşdırma, təşkilatçılıq və nəzarət bacarıqları;Tapşırıqları prioritetləşdirmək və təşəbbüskarlıq bacarığına malik olmaq;MS Office proqramlarını (xüsusilə Word,Excel,Outlook) sərbəst şəkildə istifadə bacarığı;Ofis avadanlıqları ilə işləmə bacarığı.Əsas vəzifə öhdəlikləri:Ofisin ümumi fəaliyyətinə nəzarət və gündəlik işin təşkili;Şirkət daxili prosedurlara uyğun sənədləşmə işlərinin aparılması;Şirkət daxilində və şöbələrarası sənədləşmə işlərində köməklik göstərilməsi (çap,skan,arxiv);Daxili sənədlərinin düzgün və səliqəli saxlanılması və arxivləşdirilməsi; Daxil olan telefon zənglərinin və elektron məktubların cavablandırılması, müvafiq şöbə ilə əlaqələndirilməsi;Poçt xidmətləri vasitəsilə məktubların göndərilməsi, daxil olan və çıxan məktubların qeydiyyatının aparılması,sistemə daxil edilməsi;Ofis daxilində ümumi nizam-intizamın qorunması və işçi heyətinə dəstək göstərilməsi;Ofisin texniki və inzibati vəziyyətlərinə nəzarət edilməsi (təmizlik,səliqəlik,avadanlıq,təmir);Ofis və təsərrüfat ləvazimatlarının sifarişi və təminatına nəzarət;Ofis personalının (resepşn, təmizlik və texniki işçilər) işinin koordinasiyası; İclasların və daxili görüşlərin təşkili və inzibati dəstək göstərilməsi;Ezamiyyətlərin təşkili (otel və nəqliyyat rezervasiyası, səfər cədvəllərinin hazırlanması);Ezamiyyət biletlərinin (aviabilet, qatar və s.) sifarişi və alınmasının təşkili;Korporativ tədbirlərin təşkili;Ofis təhlükəsizliyinin təmin olunması, təhlükəsizlik qaydalarına əməl olunması və giriş nəzarətinin aparılması;Şirkət daxili qayda və tələblərə riayət olunması;Birbaşa rəhbərin tapşırıqlarının həyata keçirilməsi və hesabatların hazırlanması. İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;5 günlük iş rejimi;Əmək haqqı 800-1000 azn;Müasir idarəetmə sistemi və mehriban kollektiv.Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Ofis meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
