Vakansiya haqqında
📍Subway AzerbaijanƏsas öhdəliklər:Müəssisənin inzibati əməliyyatlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək;Bütün işçilər və qonaqlar üçün peşəkar və qonaqpərvər mühitin təmin olunması;Müəssisəyə ünvanlanan elektron poçtları, zəngləri, məktubları prioritetləşdirmək və cavablandırmaq;Direktorun iclaslarını təşkil etmək və iclas protokollarını sənədləşdirmək;Ofisin təmizliyini və ümumi iş mühitini nəzarətdə saxlamaq;Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə yönləndirmək;Ofis ləvazimatlarının sifarişi və ehtiyat stokun izlənməsi;Sənədlərin və məlumatların məxfiliyini qorumaq;Gələn qonaqları nəzaklətlə və peşəkarcasına qəbul etmək və yönləndirmək;İnzibati işlərlə bağlı tapşırıqların yerinə yetirilməsini izləmək, bununla bağlı müəssisənin direktoruna müntəzəm olaraq hesabat vermək;Vəzifə üzrə əsas tələblər:İnzibati və dəstək funksiyalarının idarə olunmasında 3 illik təcrübə;Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı;Güclü ünsiyyət və təqdimat bacarıqları;Vaxtın idarə edilməsi bacarıqları;Microsoft Office (Word, Outlook, Excel) proqramları üzrə yüksək biliklərin olması;Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Office manager” qeyd edərək göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
