Vakansiya haqqında
Company ilə peşəkar karyera yoluna addım atmaq istəyirsən? Sən də Kiçik və Orta Biznes kreditlərinin satışı üzrə mütəxəssis olmaq üçün nəzərdə tutulmuş 2 aylıq ödənişli təcrübə proqramına qoşul!Proqram haqqında:Müddət: 1-2 ay (rəsmi qeydiyyat + əmək haqqı);Məqsəd: Təlimləri uğurla başa vuran namizədlər arasından mütəxəssislərin seçilməsi;Proqramı bitirdikdən sonra görə biləcəyin işlər:Mərkəzi Bankın qayda və təlimatlarını bilmək və onlara əməl etmək;Kredit sifarişlərinin təhlilini aparmaq, biznes sahələrinə baxış keçirmək və məlumat toplamaq; Kredit ödənişlərinə nəzarət etmək, müştərilərlə danışıqlar aparmaq;Kredit portfelinə nəzarət və müvafiq hesabatların hazırlanması;Namizəddən gözləntilər:Yaş: 22-26;Hərbi xidmətdə olmuş (kişilər üçün);Ali təhsil: iqtisad, maliyyə və riyaziyyat ixtisasları üzrə mütləqdir (yalnız ali təhsilini tamamlamış namizədlərin müraciətləri qiymətləndiriləcək)Dil bacarıqları: Azərbaycan dili yüksək səviyyədə, xarici dil bilikləri üstünlükdür;MS Office və data base bilikləri arzuolunandır;Analitik düşüncə və qərarvermə bacarığı;Təcrübə sənə nə qazandıracaq?Real iş mühitində praktiki biliklər;Rəsmi qeydiyyatlı və ödənişli təcrübə;Karyera inkişafı və sabit iş imkanı;Peşəkar komanda ilə çalışma şansı.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əgər sən də gələcəyin uğurlu mütəxəssisi olmaq istəyirsənsə mövzu yerində KOB qeyd edərək – müraciət et!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
