Vakansiya haqqında
Digital Marketing sahəsində karyerana güclü bir start vermək istəyirsənsə – ELSEO-da ödənişli internship proqramına qoşul!Sadəcə iş tapmaq yox, doğru komandaya düşmək istəyirsənsə – sənə yer var.Biz kimik?ELSEO - SEO və Digital Marketing üzrə ixtisaslaşmış aparıcı agentliklərdən biriyik. Bank, telekommunikasiya, ticarət, turzim və tibb sektorunun liderləri ilə çalışırıq. Eyni zamanda Google Partnyor şirkətiyik. İndi komandamıza öyrənməyə açıq, düşünə bilən, texnologiyalara yaxın və daimi inkişaf arzusunda olan internlər axtarırıq.Səni necə biri kimi görmək istəyirik?• Daim yeni şeylər öyrənməyə maraqlı və təşəbbüskar.• Analitik və sistemli düşünən, məntiqli və geniş baxışlı.• Vicdanlı, dürüst, nizam-intizamlı və məsuliyyətli.• Texnologiyalara və digital alətlərə maraqlı.• Self-learning və self-searching bacarıqları inkişaf etmiş biri.Sənə nə verəcəyik?• Real müştərilərlə işləyəcəyin praktik təcrübə.• ELSEO ekspertlərindən mentorluq və daimi inkişaf dəstəyi.• Ödənişli internship – zəhmət və nəticələr mütləq qiymətləndiriləcək.• Uğurlu nəticə göstərənlər üçün komandamızda daimi iş imkanı.Əgər sən də “inkişaf etmək istəyirəm” deyirsənsə – biz səninləyik!CV-ni cv@elseo.az ünvanına göndər – ilk addımı at, yolunu ELSEO ilə başla.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
