Vakansiya haqqında
TəsvirMilliKart prosessinq mərkəzi tərəfindən gündəlik təqdim olunan hesabatlara əsasən banklar arası hesablaşmalar (İssuing/Acquiring) üzrə klirinq;Gündəlik inkassasiya olunan bankomatların balansının yoxlanılması, onların qeydiyyatdan keçirilməsi;MilliKart prosessinq mərkəzi tərəfindən təqdim olunmuş hesabata əsasən elektron ticarət üzrə komissiyaların tutulması və klirinqi, aylıq hesabatların hazırlanması;MilliKart nəzdində olan bankların ödəniş sistemlərlə hesablaşmalar üçün açılmış bütün aralıq hesabları tərəfindən merçantlara açılan tranzit hesablar üzrə qalıqların yoxlanılması;Dövriyyə-saldo balansının yoxlanılması və tranzit hesablar üzrə müxabirləşmələrin verilməsi;Cari layihələr üzrə Prosessinq Mərkəzi, Service provayder və partnyorlar ilə Bank arasında olan üzləşmə aktlarının yoxlanılması;Müştərilərin vəsaitlərinin bankomat tərəfindən verilməməsi barədə sorğuların araşdırılması və icrası.Tələblərİqtisadi sahə üzrə bakalavr ali təhsili;Windows, MS Office (Word, Excel), İnternetdə işləmə bacarığı;Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili biliyi arzuolunandır;Kollektivlə ünsiyyət qurmaq bacarığı;Verilmiş materialları təhlil edərək işi vaxtında yerinə yetirmək bacarığı;Məsuliyyətli və diqqətli olmalı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
