Vakansiya haqqında
TəsvirBank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçinin fəaliyyətləri ilə bağlı digər təşkilati tənzimləyici sənədləri bilmək;Obyektin mühafizəsi üzrə hazırkı vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək;Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək;Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək;Postda olan xidməti sənədləri səliqəli və düzgün aparmaq;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək;Departament nəzarətçiləri üçün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanması;Postda təmizliyə və nizam-intizama riayət etmək. Bankda nəzarətçilər üçün müəyyən olunmuş geyim qaydalarına riayət etmək;Bankın işçilərinə, müştərilərinə və ziyarətçilərinə mehriban və səmimi münasibət göstərmək. TələblərMinimum 2 il iş təcrübəsi (mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir), sağlamlıq üzrə məhdudiyyətin olmaması;Azərbaycan dili səlis , rus dili arzuolunandır;Orta, orta ixtisas və ya ali təhsil;Mühafizəçilər üçün kursların bitirməsi haqqında sertifikat arzuolunandır;Yazılı və şifahi ünsiyyətin lazımi səviyyədə olması;Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri;İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;Hadisələr haqqında tam hesabat vermək bacarığı;Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
