Vakansiya haqqında
Vəzifə öhdəlikləri:Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etməkNÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirməkNasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirməkMexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etməkZavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaqMonitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaqSahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etməkSahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etməkTəmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirməkProses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz verməkAvtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etməkAvadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etməkVəzifə üzrə tələblər:Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə)İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsiP&ID və elektrik sxemlərini oxuma bacarığıKalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübəTexniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığıKomanda ilə işləmə və operativ problem həll etmə bacarığıBiz nə təklif edirik?İş yeri: Kürdəmir rayonuİş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00Nahar: Şirkət tərəfindən təmin olunurTələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis - 30193” qeyd etməyiniz xahiş olunur. Tələblərə cavab verdiyiniz təqdirdə Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətnizi göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
