Vakansiya haqqında
Namizədə olan tələblər:Nəqliyyat qanunvericiliyi və yol hərəkəti qaydaları üzrə bilik;Nəqliyyat vasitələrinin sənədləşdirilməsi, sığorta və texniki baxış prosedurları barədə bilik;Planlaşdırma, koordinasiya və analitik düşünmə bacarığı;Məsuliyyətlilik, operativ qərarvermə və problem həll etmə qabiliyyəti;Nəqliyyat vasitələrinin mexaniki və konstruktiv quruluşu, eləcə də ehtiyat hissələri üzrə məlumatlara sahib olmaq.Ümumi vəzifə öhdəlikləri:Şirkətin nəqliyyat xidmətinin təşkili və nəqliyyat vasitələrinin idarə olunmasına ümumi nəzarətin həyata keçirilməsi;Şirkətə məxsus avtomobillərin icbari və kasko sığortalarının vaxtında rəsmiləşdirilməsi və yenilənməsinin təmin edilməsi;Avtomobillərin planlı servis baxışlarının, texniki baxışlarının və dövlət qeydiyyatı ilə bağlı işlərin təşkili və icrasına nəzarət;Texniki nasazlıqların və yol-nəqliyyat hadisələrinin səbəblərinin araşdırılması, müvafiq akt və hesabatların hazırlanması;Nəqliyyat vasitələrinin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılması;Yanacaq sifarişlərinin təşkili, sərfiyyata nəzarət və hesabatlılığın təmin edilməsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
