Vakansiya haqqında
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsi istedadlı şagirdlərin aşkar edilməsi və inkişafının dəstəklənməsi, layihələrin hazırlanması və həyata keçirilməsi, müvafiq sahə üzrə araşdırmaların aparılması istiqamətlərində çalışacaq mütəxəssis axtarır.Minimum tələblər:• Ali təhsil;• Təhsil, layihələrin idarə olunması, analitika, tədqiqat və ya əlaqəli sahələrdən birində iş təcrübəsi;• Məlumatlarla işləmək, onları sistemləşdirmək, müqayisə etmək və nəticə çıxarmaq bacarığı;• Azərbaycan dilində aydın, düzgün, strukturlu və analitik yazı bacarığı;• Hesabat, analitik arayış, təqdimat, fəaliyyət planı və digər işgüzar sənədləri hazırlamaq bacarığı;• Microsoft Office proqramlarından (xüsusilə də Excel-də məlumatlarla işləmək və əsas təhlillər aparmaq bacarığı) sərbəst istifadə;• Eyni vaxtda bir neçə tapşırığı planlaşdırmaq, prioritetləşdirmək və müəyyən edilmiş müddətdə icra etmək bacarığı;• Komandada işləmək və müxtəlif tərəflərlə effektiv kommunikasiya qurmaq bacarığı;• Məsuliyyətlilik, dəqiqlik, təşəbbüskarlıq və yüksək təşkilatçılıq qabiliyyəti.Müraciət qaydası:• Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini 15 sentyabr 2026-cı il tarixinədək ARTİ-nin hr@arti.edu.az poçt ünvanına göndərmələri xahiş olunur.• E-poçtun mövzu sətrində “Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsi – mütəxəssis” yazılmalıdır.• Daxil olmuş CV-lər nəzərdən keçiriləcək və vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
