Vakansiya haqqında
TəsvirMüştəri Xidmətləri: • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;• Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;• Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;• Kredit müraciətlərinin qəbulu və analizi;• Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;• Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;Tələblər• Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;• Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;• Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;• Riyazi hesablama aparmaq qabiliyyəti;• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;• Kompüter bilikləri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
