Vakansiya haqqında
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Musiqi müəllimi vakansiyasını elan edir. TəsvirMusiqi müəllimi kimi şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun formalaşmasını təmin etmək.Şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə alaraq dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və tədris etmək.Müvafiq qiymətləndirmə metodlarını müəyyən edib tətbiq etmək, nəticələri təhlil etmək və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək.Şagirdlərin hərtərəfli inkişafına töhfə vermək.Təhsil və təlim çərçivəsində planlaşdırılan əlavə işlərdə iştirak etmək.Məktəbin ümumi prinsipləri və qaydaları əsasında valideynlərlə əməkdaşlıq qurmaq. TələblərTəhsil və iş təcrübəsi:Musiqi müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).İxtisas üzrə minimum 1 il iş təcrübəsi.Biliklər:Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumlar).Beynəlxalq kurikulumlar (Cambridge, IB).Şagird mərkəzli müasir pedaqoji yanaşmalar.Effektiv təlim strategiyaları.Sinfin və şagird davranışının idarəolunması üzrə nəzəri-praktiki biliklər.İKT, MS Office və müasir təlim texnologiyaları.Azərbaycan dili – C2 səviyyəsi, Rus dili – C1 səviyyəsi, İngilis dili – B1 səviyyəsi (yazılı və şifahi).Səriştəliklər:Kritik düşünmə və problem həll etmə.Özünü motivə etmə və öyrənmə bacarığı.Əməkdaşlıq, ədalətlilik və məsuliyyətlilik.Koçluq, yetişdirmə və inkişaf etdirmə.Məntiqi təfəkkür.Planlaşdırma və təşkil etmə.Bacarıqlar:Uşaqlarla səmərəli ünsiyyət qurma və işləmə.Zamanın səmərəli idarə olunması.Şagird ehtiyaclarını müəyyənləşdirmə və fərdiləşdirə bilmə.Effektiv dərs planlaşdırma.Müxtəlif öyrətmə strategiyalarından və texnoloji vasitələrdən istifadə.Özünü və şagirdləri ilə refleksiya aparma bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
