Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Müşahidəçi

BakıMənbə: Work.az

Vakansiya haqqında

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC-də Ələt qəsəbəsi, Pirallahı rayonu və ətraf qəsəbələr üzrə “Müşahidəçi” vəzifəsi üçün əməkdaşlar axtarılır.📩 Aşağıdakı tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Müşahidəçi-müraciət edilən ərazi” (nümunə: Müşahidəçi - Ələt qəsəbəsi) qeyd etməklə hr@sedam.gov.az elektron poçt ünvanına göndərə bilərlər.✅ Əsas vəzifələr:• Təhkim olunmuş ərazi üzrə su və su təsərrüfatı obyektlərində planlı monitorinqlərin keçirilməsi;• Hidroloji və hidrogeoloji müşahidə məntəqələrinin vəziyyətinə nəzarət edilməsi və ərazinin təmizliyinin təmin olunması;• Su mənbələrindən (çay, göl, dəniz və.s) su nümunələrinin götürülməsi və su səviyyəsinin ölçülməsi;• Aşkar olunmuş nöqsanların, qanunsuz fəaliyyətlərin və ya su və su təsərrüfatı obyektlərində baş vermiş qəza hallarının qeydə alınması, koordinat və fotoşəkillərin MEİS proqramına daxil edilməsi;• Sel və daşqın dövrlərində operativ məlumatların toplanaraq aidiyyəti üzrə ötürülməsi;• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.✅ Tələblər:• Tam orta təhsil, (sahə üzrə ali təhsil arzuolunandır);• MS Office proqramlarından istifadə bacarığı;• Sahə şəraitində məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı;• Şəxsi minik avtomobilinin olması arzuolunandır;• İş təcrübəsi olanlara üstünlük verilir.⏱️ İş qrafiki: 5 günlük, 09:00-18:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.