Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Müqavilələr üzrə Mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Öhdəliklər Təchizat prosesləri üzrə seçilmiş təchizatçılarla müqavilələrin, əlavələrin, razılaşma protokollarının və digər hüquqi-kommersiya sənədlərinin hazırlanmasını koordinasiya etmək.Tender, təklif sorğusu və tək mənbədən alış nəticələrinə əsasən müqavilə sənədlərinin vaxtında hazırlanmasını və aidiyyəti tərəflərlə razılaşdırılmasını təmin etmək.Müqavilə şərtlərinin satınalma tələbi, kommersiya təklifi, texniki tapşırıq, büdcə və təsdiq edilmiş qərarlarla uyğunluğunu yoxlamaq.Təchizatçı məlumatlarını, qiymət şərtlərini, ödəniş şərtlərini, çatdırılma müddətlərini, zəmanət və cərimə bəndlərini müqavilə sənədlərində düzgün əks etdirmək.Təchizatçılarla müqavilə şərtləri üzrə yazışmalar aparmaq, düzəlişləri toplamaq və yekun versiyanın formalaşdırılmasını təmin etmək.Müqavilələrin imzalanma prosesini izləmək, gecikmələri müəyyən etmək və aidiyyəti şəxslərə vaxtında məlumat vermək.İmzalanmış müqavilələrin elektron və fiziki arxivini aparmaq, müqavilə bazasının tamlığını və aktuallığını təmin etmək.Müqavilələrin bitmə tarixlərini, uzadılma ehtiyaclarını və yenilənmə müddətlərini izləmək. Tələblər Müqavilə, satınalma, təchizat, hüquqi sənədləşmə və ya kommersiya koordinasiyası sahəsində minimum 1–3 il iş təcrübəsi.Müqavilə strukturu, ödəniş şərtləri, çatdırılma şərtləri, zəmanət, cərimə və məsuliyyət bəndləri üzrə anlayış.MS Excel, Word və elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı.Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür.Diqqətlilik, sənədlərlə dəqiq işləmə, proses izləmə və departamentlərarası koordinasiya bacarığı.Tədarükçü ilə yazışma və danışıqlarda peşəkar kommunikasiya bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.