Vakansiya haqqında
TəsvirMultimedia layihələrinin planlaşdırılması, idarə olunması və uğurla həyata keçirilməsi;Multimedia və vizual materialların yaradılması, redaktəsi və müxtəlif platformalar üçün optimallaşdırılması;Komandanın idarə olunması, iş bölgüsünün aparılması və müxtəlif departamentlər arasında əməkdaşlığın koordinasiyası;Müasir multimedia texnologiyaları və trendlərinin davamlı izlənməsi və tətbiqi;Layihələrin vaxtında və yüksək keyfiyyətlə tamamlanmasını təmin edilməsi;Sifarişçi tələblərinə və layihə məqsədlərinə uyğun məzmunun hazırlanmasında bilavasitə iştirak edilməsi;Komanda üzvlərinin fəaliyyətinə və yaradılan materialların keyfiyyətinə nəzarət edilməsi;Yeni multimedia proqramları və texnologiyalarının araşdırılması, sınaqdan keçirilməsi və tətbiqi.TələblərMultimedia və dizayn sahəsində ən az 5 illik iş təcrübəsi;Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere Pro və digər müvafiq proqramlarda yüksək səviyyədə bilik və təcrübə;Yaradıcılıq və innovativ yanaşma qabiliyyəti;Güclü layihə idarəetməsi və təşkilatçılıq bacarıqları;Komanda ilə səmərəli işləmək və liderlik bacarıqları;Effektiv kommunikasiya və problem həll etmə bacarıqları;İngilis və ya digər xarici dilləri bilmək üstünlük hesab olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
