Vakansiya haqqında
Şirkət: Zireh MMCTəsvirÖhdəliklər: İstehsal proseslərinin texnoloji ardıcıllığının hazırlanması və həyata keçirilməsinə nəzarət; İstehsalın GOST, ISO, və digər normativ sənədlərin tələblərinə uyğun təşkil edilməsi;Texnoloji təlimatlar, spesifikasiyalar, resepturalar, texnoloji xəritələr və digər sənədlərin hazırlanması; İstehsalatda istifadə olunan materialların, xammalın və komponentlərin texniki tələblərə uyğunluğunun yoxlanılması; Keyfiyyətə nəzarət və laboratoriya bölmələri ilə qarşılıqlı işin təşkili; Mövcud texnoloji proseslərin təkmilləşdirilməsi, istehsal xərclərinin azaldılması və məhsuldarlığın artırılması üçün təkliflərin hazırlanması; Mövcud keyfiyyət idarəetmə sistemlərinin tələblərinə uyğun sənədləşmə və nəzarət; Təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət; İstehsal zamanı ortaya çıxan texnoloji problemlərin operativ həlli. Əlavə məlumatlar:Əmək haqqı: Namizədə uyğun olaraq razılaşma əsasındaİş qrafiki: Həftə içi 5 günİstirahət günü: Şənbə, bazarİş saatları: 08:30-17:30Ünvan: Müəssisə Bakı şəhərində yerləşir. TələblərAli texniki təhsil (mühəndis-texnoloq, mexanika, maşınqayırma və s. üzrə);İstehsalat və ya texnoloji mühəndislik sahəsində ən azı 3 illik iş təcrübəsi;İstehsal və texnoloji proseslər barədə praktik biliklər;GOST, ISO, və digər beynəlxalq standartlarla işləmək bacarığı;Texnoloji proseslərin sənədləşməsi və normativ hesabatların tərtibatı üzrə təcrübə; MS Office proqramları və texnoloji modelləşdirmə proqramlarında (AutoCAD, SolidWorks, COMSOL və s.) işləmək bacarığı;Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, 14001, 45001, HACCP və s.) barədə biliklər;Analitik düşüncə, məsuliyyətli və nəticəyönümlü iş prinsipi;Azərbaycan dilində sərbəst, rus və/ya ingilis dillərini bilmək üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
