Vakansiya haqqında
📍AzertexnolaynAzertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Mühəndis mexanik” Əmək funksiyası: Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini və dərəcəsini təyin etmək;Mürəkkəb dəzgahların, sadə maşın və avtomatların sazlanması və tənzimlənməsi;İllik Texniki Plana uyğun olaraq planlı xidmətlərin mütəmadi keçirilməsini təşkil etməkAylıq hesabatların hazırlanılması.Kritik hissələrin müəyyənləşdirilməsi,sifariş keçirilməsi üçün şöbə rəisinə vaxtında məlumatın verilməsi.İşçilərin işlərinin müəyyənləşdirilmiş plan üzrə bölünməsi.Müxtəlif konstruksiyalı mexanizmlərin hazırlanılması və dəqiq emal işlərinin görülməsinin təşkil olunmasıHissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;Avadanlığın sazlanması üçün lazımi hesabatlar aparılması;Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;sonra sınamaq üçün avadanlığın işlədilməsi;Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;Bilməlidir:Xidmət edilən dəzgahların quruluşunu və istismarı qaydalarınıDəzgahın pasportunu və çertyojlarını.Quraşdırılmış dəzgah və ya qurğunun texniki rəsminin və pasportunun hazırlanılmasıTexniki rəsmlərin çəkilməsi və hazırlanılması üçün proqramlarıProsedura uyğun olaraq sənədləşmə və yazışma qaydalarınıİndukison sobaların quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;Materialların əsas texnoloji və mexaniki xassələrini;Xüsusən mürəkkəb maşınların, konstruksiya xüsusiyyətlərini;Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.İş qrafiki: Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.İstirahət günü: Şənbə və Bazar günüNamizədə tələblər: Ali təhsilİngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdürMS Office proqramlarıMüvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsiİxtisas: Mexanika, Mühəndislik Namizədlərin dəyərləndirilmə prosesi:Birinci mərhələ- Məntiqdən test imtahanıİkinci mərhələ- Texniki xidmət və təmir şöbə rəisi və İnsan resursları şöbə rəsi ilə müsahibəÜçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul Təminatlar:Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir; Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Mühəndis mexanik” başlığı altında qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı. Əlaqə nömrəsi: +994 12 377 44 44
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
