Vakansiya haqqında
📍STDCVəzifə öhdəlikləri6 kV, 10 kV, 35 kV və daha yüksək gərginlikli elektrik qurğularının istismarını təşkil etmək və nəzarətdə saxlamaq;Transformator yarımstansiyalarının, güc transformatorlarının, paylayıcı qurğuların, elektrik ötürücü xətlərinin və rele mühafizə sistemlərinin texniki vəziyyətini mütəmadi yoxlamaq;Elektrik avadanlıqları üzrə planlı baxış, profilaktik təmir və sınaq işlərinin təşkilində iştirak etmək;Elektrik enerjisinin keyfiyyət göstəricilərini izləmək və təhlil etmək;Qəza və nasazlıqların səbəblərini araşdırmaq, onların aradan qaldırılması üçün texniki tədbirlər hazırlamaq;Elektrik sxemlərini, layihələri və texniki sənədləri oxumaq, təhlil etmək və yeniləmək;Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara qəbulunda iştirak etmək;Enerji sərfiyyatının optimallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;Elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına və işçilərin təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək;Podratçı təşkilatlar tərəfindən görülən elektrik-quraşdırma işlərinin keyfiyyətinə texniki nəzarəti həyata keçirmək;Texniki hesabatlar, aktlar, qüsur cədvəlləri və digər sənədləri hazırlamaq;Dövlət qurumları və enerji təchizatçı təşkilatlarla texniki məsələlər üzrə əməkdaşlıq etmək.TələblərBu sahədə 3 ildən artıq təcrübəsi olmalıdır Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir Təhsil: ali (energetika sahəsi üzrə)İş şəraitiİş saatları: 9:00-dan 18:00-dək. Həftə içi beş günƏmək haqqı: 2700 AZNMaraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
