Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Mühasibatlıq və vergilər şöbəsinin rəisi

BakıMənbə: Work.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu,Vergi Məcəlləsi, SOCAR-ın uçot siyasəti və digər müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq Mühasibatlıq və vergilər şöbəsinə rəhbərliyinhəyata keçirilməsi;• İTRİ tərəfindən həyаtа kеçirilən bütün maliyyə-təsərrüfаtəməliyyаtlаrının mühаsibаt uçоtu rеgistrlərində, həmçinin SAP ERPsisteminin FI, MM, HR, PM, PS, CO modullarında düzgün əks еtdirilməsinintəmin edilməsi;• İTRİ-nin digər struktur bölmələri ilə birlikdə təsərrüfatdaxiliehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibatuçotu məlumatlarının təhlil edilməsi, maddi, əmək və maliyyəehtiyatlarından qənaətlə istifadəyə nəzarətin təmin edilməsi;• Pul vəsaitləri, mal-material qiymətliləri, debitor və kreditorlarlahesablaşmalar, əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotunun aparılması,hazır məhsul və təkrar satış üçün nəzərdə tutulmuş malların satışı, iş vəxidmətlərin yerinə yetirilməsi üzrə gəlirlərin uçota alınması, qəbul edilmişmalların, iş və xidmətlərin xərcə silinməsi, kapital qoyuluşu xərclərinin, ocümlədən əsaslı tikinti və təmir xərclərinin uçota alınması;• Əmək haqqı üzrə işçi heyəti ilə hesablaşmaların, dövlət büdcəsi vəDövlət Sosial Müdafiə Fondu ilə hesablaşmaların düzgün aparılmasınıntəmin edilməsi,• Vergitutma bazasının və dövriyyənin düzgün müəyyən edilməsi,vergi bəyannamələrinin (ƏDV, mənfəət, ödəmə mənbəyində tutulan vergi,əmlak, torpaq) vaxtında və dürüst tərtib edilərək təqdim edilməsi, İTRİ-ninvergi portalındakı şəxsi hesab vərəqəsi üzrə məlumatların uçot məlumatlarıilə üzləşdirilməsi, aşkar edilmiş fərqlərin aradan qaldırılması;• Vergi orqanları ilə yazışmaların aparılması, daxil olmuş sorğu, bildirişvə xəbərdarlıqlar üzrə tədbirlərin görülməsi, vergi riskləri və mümkünmaliyyə sanksiyalarının qarşısının alınması, rəhbərliyin və aidiyyəti strukturbölmələrin məlumatlandırılması;• Aktiv və öhdəliklərin inventarizasiyası nəticəsində aşkar olunmuşçatışmazlıqların mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;• Maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair əməliyyatlarınuçotunun aparılması;• SOCAR Baş Ofisinə və aidiyyəti dövlət qurumlarına təqdim edilənhesabatların düzgün tərtibi və vaxtında göndərilməsi, şöbənin məsul olduğusahələr üzrə hesabatlılığın təmin edilməsi, sorğulara əsasən məlumatlarıntəqdim edilməsi;• Mühasibat sənədləri və vergi bəyannamələrinin sistemləşdirilməsi,qorunması, müəyyən edilmiş müddətdən sonra arxivə təhvil verilməsi;• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası vəyanğından mühafizə norma və qaydalarına riayət edilməsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.