Vakansiya haqqında
Təsvirİşiniz nədən ibarətdir?· Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);· Maliyyə uçotu siyasətinin düzgün həyata keçirilməsi;· Mühasibat və vergi məsələləri üzrə metodik dəstək, mühasibat qaydalarının araşdırılması, biznes vahidlərinə müvafiq məsləhətlərin verilməsi;· Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün prosesin təkmilləşdirilməsi və onun icrası;· Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstək edilməsi;· Bankın gəlir və xərclərinin düzgün və vaxtında tanınmasının təmin edilməsi;· Bütün audit yoxlamalarında iştirak, sorğuların cavablandırılması, tələb olunan məlumatın təqdim edilməsi;· İnsan səhvini azaltmaq üçün əl işlərinin avtomatlaşdırılması prosesində şöbə rəhbərinin dəstəklənilməsi;· Daxili müştərilərlə əlaqələrin qurulması;· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.TələblərSizdən nə tələb olunur?· Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;· Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il və yaxud 3-5 il bank təcrübəsi;· Lisenziya / Sertifikat: ACCA - arzu olunandır;· Xarici dillər: Rus, İngilis (yaxşı);· Kompüter bilikləri: MS Office proqramları;· Məhsul üzrə biliklər: Bank məhsulları;· Başqa tələblər: Vergi məcəlləsi (təməl biliklər), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
