Vakansiya haqqında
“Update Consulting” MMC mühasibatlıq sahəsi üzrə ilin sonuncu 3 aylıq təcrübə proqramını elan edir!Nələri öyrənəcəksiniz?Yenilənmiş “new.e-taxes.gov.az” portalında işləmək;www.e-taxes.gov.az portalı ilə tanışlıq;E-qaimə sistemində işləmək;Müqavilələrin, Hesab-fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;Fəaliyyət kodlarının əldə olunması;Mal və xidmət kodlarının əldə olunması;Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması;Əmək haqlarının hesablanması;İnternet banking üzrə əməliyyatlar (bank daxili, ölkədaxili, ölkəxarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);Əmək haqqı kartlarının sifarişi;Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması.Əgər siz də nəzəri biliklərinizi təcrübədə tətbiq edərək ixtisasınız üzrə peşəkar mütəxəssis olmaq istəyirsinizsə, CV-lərinizi info@updateconsulting.az e-poçt ünvanına “subject” (mövzu) hissəsində “Təcrübəçi mühasib” qeyd etməklə göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
