Vakansiya haqqında
ABS Partner MMC mühasibatlıq sahəsində karyera qurmaq istəyən istedadlı namizədləri 3 aylıq təcrübə proqramına dəvət edir. Komandamıza öyrənməyə və inkişaf etməyə həvəsli, enerjili və məsuliyyətli 3 təcrübəçi axtarırıq.Proqramı uğurla tamamlayanlar şirkətimizdə daimi işlə təmin olunacaq.Qeyd: Təcrübə proqramı hər 3 ayda bir yenilənir və yeni namizədlər mütəmadi olaraq qəbul edilir.Təcrübə zamanı nələr öyrənəcəksiniz?Gündəlik mühasibat əməliyyatlarının sistemə daxil edilməsiDebitor və kreditorlarla qarşılıqlı hesablaşmalar və üzləşmə aktlarının hazırlanmasıMüştəri borcları üzrə analizlərin aparılmasıMühasibatlıq sənədlərinin saxlanılması və arxivləşdirilməsiBank ödənişlərinin icrası və sənədləşdirilməsiElektron qaimələrin tərtibi və vergi kabinetlərinin idarə olunmasıNamizədə tələblərMühasibat, maliyyə, vergi və ya iqtisadiyyat üzrə ali təhsilİş təcrübəsi tələb olunmurExcel bilikləriAzərbaycan dili — yüksək səviyyədə, İngilis dili — orta səviyyədəÖyrənməyə açıq, məsuliyyətli və diqqətli olmaqBiz nə təklif edirik?Peşəkar iş mühitində real iş təcrübəsiTəcrübəli mühasiblərdən mentor dəstəyiPulsuz təlimlər və praktiki məşğələlərMühasibatlıq sahəsində inkişaf və karyera imkanlarıUğurlu iştirakçılar üçün daimi iş imkanıMüraciətCV-lərinizi hr@abspcompany.com ünvanına göndərin
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
