Vakansiya haqqında
Azerbaijan United Carriers Mühasib Təcrübəçi Axtarır!Əgər mühasibatlıq sahəsində biliklərinizi təkmilləşdirmək və bu sahədə uğurlu karyera qurmaq istəyirsinizsə, bu fürsət sizin üçündür! Tələblər:Ali təhsil – Maliyyə, mühasibatlıq və ya əlaqəli ixtisaslar üzrə;Microsoft Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;1C proqramını bilmək üstünlükdür;Sahəyə dair sertifikatların olması əlavə üstünlük sayılır. İş şərtləri:İş qrafiki: Həftə içi 5 günİş saatları: 08:30 – 17:30İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4(Baş Dövlət Yol Polisi ilə Neptun Marketin qarşısı)✅ Servis xidməti mövcuddur.Bizimlə əməkdaşlıq etməklə siz yalnız təcrübə qazanmayacaq, eyni zamanda bu sahədə peşəkar inkişaf yolunda önəmli addım atmış olacaqsınız.Əgər siz də iddialı, enerjili və mühasibatlıq sahəsində karyera qurmaq istəyirsinizsə – sizi komandamıza dəvət edirik!Müraciət üçün:Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən xahiş olunur ki, CV-lərini "Mühasib Təcrübəçi" başlıqla yazaraq hr@auc.az e-mail ünvanına göndərsin.Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
