Vakansiya haqqında
📍AF Hotel Aqua Park Novxanı əyləncə mərkəzinin Lunapark bölməsində mühasibatlıq işlərinin aparılmasına dəstək olmaq üçün məsuliyyətli və işinə həvəsli Mühasib Köməkçisi axtarılır.Vəzifə öhdəlikləri:Mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsinə dəstək olmaq;İlkin mühasibat sənədlərinin qəbulunu, yoxlanılmasını və qeydiyyatını aparmaq;Gündəlik maliyyə əməliyyatları üzrə məlumatların hazırlanmasına kömək etmək;Sənədlərin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;Mühasibatlıq üzrə digər cari işlərin icrasında mühasibə dəstək olmaq;Lunapark üzrə maliyyə və mühasibat məlumatlarının düzgün uçotunun aparılmasına kömək etmək.Namizədə tələblər:Mühasibatlıq və ya maliyyə sahəsində təhsil üstünlükdür;Mühasibatlıq üzrə ilkin biliklər;MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;Diqqətli, məsuliyyətli və intizamlı olmaq;Sənədlərlə işləmək və komandada çalışma bacarığı;Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.İş yeri: AF Hotel Aqua Park Novxanı – LunaparkVakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Mühasib Köməkçisi – Lunapark
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
