Vakansiya haqqında
TəsvirMühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;Gündəlik bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;Təhsil haqqlarının uçotunun excel və 1C proqram təminatında aparılması;E-qaimə, hesab-faktura, alqı-satqı müqavilələrinin hazırlanması;Hesablar, qaimələr, ödəniş tapşırıqlarını və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;Debitor və Kreditor əməliyyatların icrası və hesabatlarının hazırlanması;Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin və bu kateqoriyadan olan digər ödənişlərin hesablanması və icra edilməsi;E-taxes, E-New-taxes, Emas, E-gov, E-customs.az portallarından istifadə;Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması. Vergi və digər Dövlət qurumları ilə yazışmaların və müzakirələrin aparılması;Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra sturukturlarına köçürülməsinin təmin edilməsi;Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar va bəyannamələrin hazırlanması və təqdim edilməsi;Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edilməsi və bütün əməliyyatların 1C mühasibat proqramında işlənilməsi;Hesabatlar üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi və gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. TələblərAli təhsil;Müvafiq sahədə iki ildən az olmayaraq iş təcrübəsi;Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq;Kompüter bilikləri: MS Office proqramları;Təşkilatçılıq qabiliyyəti;Zamanın idarə olunması və deadline-larla işləmə bacarıqları. Təqdim etdiyimiz iş şərtləri: İş yeri: LANDAU School, Zabitlər parkı;Stabil, gecikməyən əmək haqqı;Mütəmadi təlimlər;Professional karyera inkişafı üçün mükəmməl perspektiv;İş qrafiki: 6 günlük iş rejimi. I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı;Əmək haqqı müsahibə əsasında təyin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
