Vakansiya haqqında
TəsvirSAP-da təchizatçı (vendor) qaimə-fakturalarını emal etmək, dəqiqliyi və şirkət siyasətlərinə uyğunluğu təmin etmək.Əməliyyatları təsdiqləmək üçün qaimə-fakturaları satınalma sifarişləri (purchase order) və malların qəbulu (goods receipt) sənədləri ilə uzlaşdırmaq.Təchizatçıların ödənişlərini hazırlamaq və icra etmək, bank çıxarışlarını SAP-da qeydiyyata almaq.Kreditor borclarının (accounts payable) izləmək və təchizatçılarla həll olunmamış məsələləri aradan qaldırmaq.Təchizatçılarla üzləşmər etmək və uyğunsuzluqların vaxtında həllini təmin etmək.Hesablanmaları (accruals) və uzlaşdırmaları hazırlamaqla ay sonu və il sonu bağlanış fəaliyyətlərini dəstəkləmək.Bütün kreditor borc əməliyyatlarının dəqiq və nizamlı qeydlərini aparmaq.AP proseslərini təkmilləşdirmək üçün satınalma, maliyyə və digər şöbələrlə əməkdaşlıq etmək.Daxili nəzarət mexanizmlərinə, mühasibat uçotu standartlarına və tənzimləyici tələblərə uyğunluğu təmin etmək.AP əməliyyatlarına dair sənədlər və izahatlar təqdim etməklə auditlərə dəstək göstərmək.İşçilərə verilən təsərrüfat avanslarının hesablarını idarə etmək və hesabatını hazırlamaq.TələblərTəhsil: Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.Sahə üzrə 1 ildən artıq iş təcrübəsi.Kreditor borcları (accounts payable) sahəsində təsdiqlənmiş təcrübə, üstünlük SAP istifadə edən təşkilatlarda işləmiş namizədlərə verilir.Mühasibat uçotu prinsipləri və AP prosesləri üzrə güclü biliklər.SAP FI modulu və Microsoft Office (Excel, Word, Outlook) proqramlarından sərbəst istifadə bacarığı.Əla analitik, problem həlletmə və təşkilatçılıq bacarıqları.Vendorlarla və daxili maraqlı tərəflərlə qarşılıqlı əlaqə üçün güclü ünsiyyət bacarıqları.Müstəqil işləmək və sürətli iş tempində son tarixlərə (deadline) əməl etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
