Vakansiya haqqında
📍Azərbaycan Universiteti Azərbaycan Universiteti Riyaziyyat və İnformatika kafedrası aşağıdakı ixtisaslar üzrə müəllim vəzifəsinə namizədlərin müraciətlərini qəbul edir:Kompüter mühəndisliyiİnformasiya Texnologiyalarıİnformasiya təhlükəsizliyiVəzifə öhdəlikləri:Tədris planına uyğun olaraq mühazirə, seminar və laboratoriya məşğələlərinin keçirilməsi;Fənn proqramlarının, sillabusların və digər tədris materiallarının hazırlanması və yenilənməsi;Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;Elmi-tədqiqat fəaliyyətində iştirak etmək və elmi məqalələrin hazırlanmasına töhfə vermək;Kafedranın akademik və təşkilati fəaliyyətində iştirak etmək;Tədris prosesində müasir informasiya texnologiyaları və innovativ təlim metodlarından istifadə etmək;Universitetin daxili qayda və prosedurlarına riayət etmək.Namizəddə görmək istədiyimiz tələblər:Kompüter mühəndisliyi, İnformasiya Texnologiyaları və ya İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;Magistr dərəcəsi (doktorantura və ya elmi dərəcənin olması üstünlükdür);Ali təhsil müəssisəsində pedaqoji və ya müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;İngilis dilini yüksək səviyyədə bilməsi (tədris apara biləcək səviyyədə olması üstünlükdür);Müasir informasiya texnologiyaları və sahə üzrə proqram təminatları ilə işləmə bacarığı;Elmi-tədqiqat fəaliyyətində iştirak və elmi nəşrlərin olması üstünlük hesab edilir;Güclü ünsiyyət, təqdimat, komanda ilə işləmək və analitik düşünmə bacarıqları;Məsuliyyətli, təşəbbüskar və peşəkar etik davranış prinsiplərinə sadiq olmaq.Təklif edirik:Peşəkar və akademik inkişaf imkanları;Elmi fəaliyyətə dəstək;Müasir tədris mühiti;Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.Maraqlanan namizədlərdən CV-lərini və elmi-pedaqoji fəaliyyətlərini əks etdirən sənədləri müəyyən ediləcək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.Qeyd: Elmi dərəcəyə və ingilis dilində tədris aparmaq bacarığına malik namizədlərə üstünlük veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
