Vakansiya haqqında
📍 Tamstore MMC “Motion Dizayner” vakansiyası elan edir:Əsas vəzifə öhdəlikləri:· Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;· Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;· Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;· Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;· Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;· Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi. Tələb olunan bilik və bacarıqlar:· Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;· Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;· Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;· Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;· Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;· Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;· Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi:· Ali təhsil(Əlaqəli sahə üzrə);· Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;· Portfolio təqdim edilməsi mütləqdir. İş şərtlərimiz: · İş qrafiki: Tam iş günü (5 gün);· İş saatları: 09:00-18:00;· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D. Biz nə təklif edirik:· Əmək bazarında rəqabətli əməkhaqqı;· Peşəkar komanda mühiti;· Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Motion dizayner” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
