Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Modelyer-Dizayner

SumqayıtMənbə: Work.az

Vakansiya haqqında

📍Q-STPVəzifə öhdəlikləri:Müəssisənin istehsal strategiyasına uyğun olaraq geyim modellərinin dizaynını hazırlamaq;Mövsümi kolleksiyalar üzrə konsept, stil və dizayn xəttini formalaşdırmaq;Məhsul çeşidləri üzrə (forma, uniforma, işçi geyimləri) dizayn konseptlərini hazırlamaq;Rəsmləri işləmək, naxışlar və dizaynları qurmaq ,lekal ölçüləri dəqiq hesablamaqTender və sifarişlər üçün məhsul vizuallarını hazırlamaqTexniki rəsmləri, ölçü cədvəllərini və model spesifikasiyalarını hazırlamaqParça, aksesuar, rəng və furnitura seçimlərini etmək və onların uyğunluğunu qiymətləndirmək;İstehsal üçün model nümunələrinin hazırlanmasına dair konstruktor-texnoloji sənədlərini (ölçü cədvəli, spesifikasiya, texniki təsvir) tərtib etmək Qəlibçilər, texnoloqlar və istehsalat bölməsi ilə sıx əməkdaşlıq edərək dizaynların texniki icrasını koordinasiya etmək; Nümunə məhsulların hazırlanması prosesində iştirak etmək, uyğunluq və estetik keyfiyyət baxımından yoxlama aparmaq, nümunə üzərində zəruri düzəlişlərin verilməsini təmin etmək və yekun təsdiqi həyata keçirmək;Model və dizayn üzrə texniki sənədlərin düzgün və vaxtında təqdim olunmasını təmin etməkİstehsalat zamanı dizaynla bağlı yaranan problemlərin operativ həllində iştirak etmək;Yeni materiallar, texnologiyalar və istehsal üsulları üzrə yenilikləri izləmək və tətbiqini təklif etmək;Aylıq,rüblük hesabatlar hazırlamaq və rəhbərə təqdim etmək.Tələblər:Müvafiq sahə üzrə 2 il iş təcrübəsi (Uniforma və iş geyimləri sahəsində kolleksiya hazırlanması və istehsalata ötürülməsi prosesində praktiki təcrübə);Geyim dizaynı, konstruksiyası və tekstil texnologiyaları üzrə biliklər;Parça növləri, onların xüsusiyyətləri və istifadə sahələri üzrə biliklər;Geyim istehsalı prosesləri və texnoloji ardıcıllıq haqqında biliklər;Ölçü sistemləri, ölçü cədvəlləri üzrə biliklər;Keyfiyyət standartları və istehsalat tələbləri barədə biliklər;Kreativ düşünmə və estetik baxımdan güclü dizayn bacarığı;Eskiz çəkmə və texniki rəsmlərin hazırlanması bacarığıAdobe Illustrator, CorelDRAW, Photoshop və ya digər dizayn proqramları bilmək Komanda ilə işləmək və ünsiyyət bacarıqlarıİş şəraiti:İş yeri: Sumqayıt şəhəriİş qrafiki: 5 günlükİş saatları: 08:30-17:30 Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.Mövzu yerinə “Modelyer-Dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.