Vakansiya haqqında
Kingsmart komandasına Mobilqraf axtarılır!Komandamızı gücləndirmək üçün kreativ düşüncəli, dinamik və məsuliyyətli Mobilqraf axtarırıq!Peşəkar video çəkilişləri etməyi, trend kontentlər yaratmağı və sosial media üçün diqqətçəkən videolar hazırlamağı sevirsənsə, bu fürsət sənin üçündür!Vəzifə öhdəlikləri:• Mağaza, məhsul və kampaniyalar üçün mobil video çəkilişlərinin həyata keçirilməsi;• Reels, TikTok və digər sosial media platformaları üçün kreativ video məzmunun hazırlanması;• Çəkilən videoların montajı və platformalara uyğun formatda təqdim edilməsi;• Sosial media trendlərinin izlənilməsi və yeni kontent ideyalarının irəli sürülməsi;• Marketinq komandası ilə koordinasiyalı işləmək.Namizədə tələblər:✔️ Mobilqrafiya və ya video kontent sahəsində iş təcrübəsi;✔️ CapCut, VN və ya digər video montaj proqramları ilə işləmək bacarığı;✔️ Kreativ yanaşma və estetik baxış;✔️ Operativlik, məsuliyyət və komandada işləmək bacarığı.💰 Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mobilqraf” başlığı ilə selale@kingsmart.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
