Vakansiya haqqında
📍Prime Palaces Real Estate Marketinq komandamıza qoşulacaq, enerjili, kreativ və daim yeni kontent ideyaları yaradan Mobiloqraf / Videoqraf axtarırıq. Yalnız verilən tapşırıqları icra edən deyil, brendin inkişafına öz ideyaları ilə töhfə verən namizədlərə üstünlük veriləcək.Vəzifə öhdəlikləriMobil telefon vasitəsilə peşəkar foto və video çəkilişlərinin həyata keçirilməsi.Instagram Reels, TikTok və YouTube Shorts formatında qısa videoların hazırlanması.Çəkilmiş materialların montaj edilməsi, rəng korreksiyası və paylaşım üçün hazır vəziyyətə gətirilməsi.Sosial media trendlərini izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək.Yeni və yaradıcı kontent ideyalarının hazırlanması və təqdim edilməsi.Marketinq komandası ilə birlikdə aylıq kontent planına uyğun çəkilişlərin təşkili.Layihələr, tədbirlər və digər məkanlarda foto və video çəkilişlərinin həyata keçirilməsi.Sosial media platformaları üçün gündəlik vizual kontentin hazırlanması.Brendin vizual üslubuna uyğun kreativ kontent istehsalı.TələblərMobiloqrafiya və ya videoqrafiya sahəsində minimum 1.5 il iş təcrübəsi.Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı.Trend Reels və TikTok montaj texnikalarını bilməsi.Smooth transition, color correction və sound design üzrə biliklər.Motion graphics və text animation bacarıqları.Mobil çəkiliş texnikaları, kamera bucaqları və kadr quruluşu haqqında bilik.Instagram, TikTok və YouTube Shorts platformalarının tələblərini yaxşı bilməsi.Kreativ düşüncə, estetik baxış və güclü vizual zövq.Yeni ideyalar irəli sürmək və onları həyata keçirmək bacarığı.Enerjili, təşəbbüskar və nəticəyönümlü olmaq.Deadline-lara uyğun operativ işləmək bacarığı.Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət bacarığı.Portfolio təqdim edilməsi mütləqdir.MüraciətMaraqlanan namizədlər CV-lərini və portfolio linklərini (Instagram, TikTok, YouTube və ya Google Drive) göndərə bilərlər.Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətlərinə baxılmayacaq.Biz təklif edirikDinamik, kreativ və beynəlxalq yönümlü iş mühiti.Premium daşınmaz əmlak layihələri və müxtəlif maraqlı çəkilişlər üzərində işləmək imkanı.Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi.Yeni ideyaların və kreativ yanaşmaların dəstəkləndiyi komanda mühiti.Əməkhaqqı: 500 – 800 AZN (təcrübə və bacarıqlardan asılı olaraq).İş qrafikiBazar ertəsi – Cümə: 09:00 – 18:00Şənbə: 10:00 – 15:00İstirahət günü: BazarMaraqlanan namizədlər CV-lərini və portfolio linklərini (Instagram, TikTok, YouTube və ya Google Drive) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Mobiloqraf qeyd etməklə göndərə bilərlər.Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətlərinə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
