Vakansiya haqqında
TəsvirAndroid və iOS platformaları üçün mobil tətbiqlərin hazırlanmasını, inkişaf etdirilməsini və texniki dəstəyini həyata keçirmək;Biznes tələblərini təhlil etmək, texniki həllər hazırlamaq və mobil tətbiqlərin arxitekturasının formalaşdırılmasında iştirak etmək;Yeni funksionallıqların hazırlanmasını, mövcud funksionallıqların təkmilləşdirilməsini və optimallaşdırılmasını təmin etmək;Daxili və xarici sistemlərlə inteqrasiyaların hazırlanmasında və dəstəklənməsində iştirak etmək;Mobil tətbiqlərin performansını, təhlükəsizliyini və dayanıqlığını təmin etmək;Proqram təminatının test edilməsində iştirak etmək, aşkar edilmiş problemləri aradan qaldırmaq və kod keyfiyyətini təmin etmək;Mobil tətbiqlərin tətbiq mağazalarında (Google Play Store, Apple App Store və s.) yerləşdirilməsi və versiya idarəçiliyini həyata keçirmək; UI/UX tələblərinə uyğun istifadəçi interfeyslərinin hazırlanmasında iştirak etmək;Versiya nəzarəti sistemlərindən istifadə etməklə komanda daxilində proqram təminatının hazırlanması proseslərinə qoşulmaq; Agile, Scrum və ya digər tətbiq olunan metodologiyalara uyğun olaraq layihə fəaliyyətlərində iştirak etmək;Hazırlanmış həllər üzrə texniki sənədlərin hazırlanmasını və aktuallığının təmin edilməsini həyata keçirmək.TələblərTəhsil səviyyəsi: Ali (Bakalavr);Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;Mobil tətbiqlərin hazırlanması üzrə portfolio və ya Google Play Store / Apple App Store üzərində yayımlanmış tətbiqlərin təqdim edilməsi tələb olunur;Mobil tətbiqlərin hazırlanması sahəsində peşəkar təlim proqramlarında iştirak və ya müvafiq beynəlxalq sertifikatlara malik olmaq arzuolunandır;Flutter və ya React Native framework-ləri ilə işləmə bacarığı; Android (Kotlin/Java) və ya iOS (Swift) proqramlaşdırma dilləri üzrə biliklər;Android Studio və/və ya Xcode inkişaf mühitləri ilə işləmə bacarığı;Git versiya nəzarət sistemindən istifadə bacarığı;REST API və JSON formatları ilə işləmə bacarığı;Firebase platforması ilə işləmə təcrübəsi;Postman və ya analoji API test alətləri ilə işləmə bacarığı;Jira və Confluence platformaları ilə işləmə bacarığı;Google Play Console və Apple App Store Connect platformaları üzrə təcrübə; CI/CD alətləri və deployment prosesləri üzrə biliklərKomanda ilə işləmə bacarığı;Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;Danışıqların aparılması bacarığı;Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;Təqdimat bacarıqları;Dəyişikliklərə uyğunlaşmaq bacarığı;Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili, Rus dili orta.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
