Vakansiya haqqında
Təsvir· Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;· Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;· Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;· Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;· Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;· Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;· Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;· Aylıq satış planlarını yerinə yetirir;· Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;· Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.Tələblər· Ali təhsil;· Müvafiq sahə üzrə iş təcrübəsi;· Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;· Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;· Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;· Ünsiyyətqurma və komandada işləmək bacarığı.İmtiyazlarTibbi sığorta;Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;Professional və maddi inkişaf perspektivləri;Peşəkar korporativ mühitdə işləmək imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
