Vakansiya haqqında
TəsvirKredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.Mikro kreditlər üzrə sifarişləri qəbul etmək və bankın daxili prosedur və qaydalarına uyğun sənədləşdirmək.Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi üçün ilkin monitorinq aparmaq.Kredit memorandumunu tərtib etmək və kredit komitəsinə təqdim olunması üçün rəhbərliyə təqdim etmək.Kredit verilməsinə müsbət rəy aldıqda məlumatları sistemə daxil etmək.Kredit müqavilələri və ödəniş cədvəlinə əsasən borcların vaxtında ödənilməsini təmin etmək.Müqavilə şərtlərini pozmuş müştərilərlə işləmək və borcların ödənilməsi istiqamətində tədbirlər görmək.TələblərAli təhsil.Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi.Təhlil etmə qabiliyyəti və ünsiyyət qurma bacarığı.Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.Azərbaycan dilində sərbəst danışıq bacarığı.Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
