Vakansiya haqqında
📍Az-Caspian CONSTRUCTION(Tikinti sahəsində təcrübəsi olan mühəndis)Vakansiyanın detalları:-Əmək haqqı: Başlanğıc üçün 2000 AZN-Kateqoriya: Mühəndis-Məşğuliyyət: Tam iş günüVakansiyanın detalları:-Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;-Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;-Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;-Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;-Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;-Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;-Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.-Avadanlıq və materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması-Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.Xüsusi tələblər:-Ali təhsil : Mexanika sahəsi üzrə ali təhsil;-İş təcrübəsi :Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi;-Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, NFPA;-Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;-Kompüter bilikləri: MS Office, AutoCAD;-Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.Uyğun namizədlər öz CV formalarını (Azərbaycan dilində olmaq şərti ilə) mövzu hissəsinə "Mexanika mühəndisi" yazaraq ramazansirinov@azecc.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
