Vakansiya haqqında
TəsvirVəzifə öhdəlikləri:Müəssisənin avadanlıqları üzrə illik cari və əsaslı təmir planlarının hazırlanmasını həyata keçirmək;Mexanika sahəsi üzrə illik tələb olunan mal-material siyahısının tərtib olunması və büdcəsinin hazırlanması;Təmir ediləcək avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir və montaj metodlarını bilmək; təmir olunmuş avadanlığın dəqiqliyini və sınaqdan keçirilməsini təmin etmək;Avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək və yoxlama nəticələrinə əsasən plandan kənar təmir işlərini həyata keçirmək;Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı fəaliyyətini təmin etmək; onların saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasına nəzarət etmək;İstehsalatın texniki hazırlığını təmin etmək; tələb olunduqda təmir üçün podratçı təşkilatlarla plan (qrafik) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək və əsaslı təmir üçün siyahıların hazırlanmasında iştirak etmək;Texniki çertyojlarla işləməyi bacarmaq və detalların sifarişi zamanı düzgün çertyojun təqdim olunmasını təmin etmək;Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.TələblərAli təhsil (Mexanika mühəndisliyi üzrə);Mexanika mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi (daha təcrübəli namizədlərə üstünlük verilir);Rus və ingilis dillərini bilmək arzuolunandır;Microsoft Office proqramlarında işləmək bacarığı.Digər məlumatlar:İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
