Vakansiya haqqında
Öhdəliklər- Şirkətin fəaliyyəti, yenilikləri və mühüm xəbərləri ilə bağlı press-relizlərin tərəfdaş media qurumları ilə paylaşılmasını təmin etmək;- Media qurumları və jurnalistlərlə əməkdaşlıq çərçivəsində bütün görüşlərin təşkilini həyata keçirmək;- Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam büdcəsinin idarə olunması;- Bizneslərin marketinq və PR komandaları ilə daxili və xarici kommunikasiyanın idarə olunması;- Şirkətin rəsmi sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, YouTube) idarə edilməsi və inkişaf etdirilməsi;- Korporativ veb-saytın admin panelinin idarə edilməsi və məlumatların mütəmadi yenilənməsi.- Tədbirlər, rəsmi görüşlər və xüsusi günlər üçün foto/video çəkilişlərin texniki tapşırıqlarını (brief) hazırlamaq;- Media tərəfdaşları ilə müqavilə proseslərini idarə etmək, ödəniş şərtlərinə uyğun aylıq ödəniş planlarını hazırlamaq;- Tərəfdaşlardan təhvil-təslim aktlarının alınması və sənədlərin (hesab-faktura və s.) vaxtında maliyyə şöbəsinə təqdim edilməsi; Tələblər- Jurnalistika, İctimaiyyətlə əlaqələr (PR), Marketinq və ya Filologiya sahəsində ali təhsil.- PR və ya SMM sahəsində minimum 1-2 il iş təcrübəsi.- Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (Rus və İngilis dili bilikləri arzuolunandır).- Güclü təqdimat bacarığı və stresə davamlılıq.- Yüksək səviyyədə korporativ yazışma və təqdimat bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
