Vakansiya haqqında
Dövlət İmtahan Mərkəzinin Maliyyə departamenti, İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.Əmək funksiyalarıGündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması;Hesab-fakturaların, qaimələrin və digər mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi;Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;Mühasibat sənədlərinin arxivləşdirilməsi və qaydaya salınması;Xəzinədarlıq üzrə əməliyyatların icra edilməsi;Mülki müqavilələr üzrə sosial ayırmalar və vergilərin hesablanıb tutulması;Debitor borcların və verilmiş avansların yoxlanılması;Kreditor borcların və alınmış avansların yoxlanılması;Aylıq hesabatların hazırlanmasında iştirak etmək;Mühasibat proqramında uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.Tələb olunan bilik və bacarıqlarAli təhsil: Maliyyə və ya mühasibat ixtisasları üzrə ali təhsil;Staj: minimum 2 il;1C 8.3, MS Windows və MS Office üzrə yüksək səviyyədə istifadə bacarıqları, o cümlədən bulud texnologiyaları ilə iş təcrübəsi;Uçot və analitik proqram təminatları ilə iş təcrübəsi;Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili-B1;Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.Müraciət qaydasıVakansiyaya 19 may 2026-cı il tarixinədək https://lnkd.in/e4XgXg_2 linkinə keçid edərək və “Maliyyə-məsləhətçi” vakansiya adını seçərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
